Rəsmi Bakının bu addımı hər şeyi dəyişdi
İsrailin qondarma “erməni soyqırımı”nın tanınması ilə bağlı təşəbbüsü gözlənilən siyasi nəticələri verməyib.
Crossmedia.az xəbər verir ki, bu barədə politoloq Sergey Melkonyan ˝Sputnik Armenia˝ -ya açıqlama verib. O bildirib ki, İsrail bu addımdan nə Türkiyə ilə münasibətlər, nə də Qəzza məsələsi baxımından gözlədiyi nəticəni əldə edə bilməyib.
Melkonyan qeyd edib ki, qondarma “erməni soyqırımı”-ndan sağ qalanların varislərinin əksəriyyəti bu gün erməni diasporunun üzvləridir. Bununla yanaşı, Ermənistan hökuməti beynəlxalq səviyyədə qondarma “erməni soyqırımı”nın tanınmasının ölkənin xarici siyasət prioritetləri sırasında olmadığını bəyan edib. Ekspert hesab edir ki, prosesin uğursuzluğunun səbəblərindən biri də məhz İrəvanın bu məsələyə münasibətinin birmənalı olmamasıdır.
Politoloq əlavə edib ki, Azərbaycan və Türkiyə bu mövzunun gündəmdən çıxarılmasında maraqlı olublar. Onun sözlərinə görə, Bakının əsas mövqeyi ondan ibarətdir ki, ermənilər həmin ərazilərin tarixi sakinləri olmadığından onlara qarşı soyqırımı iddiaları da əsassızdır.
23:58 20.07.2026
Oxunuş sayı: 70