Salyanda ağır yol qəzası olub, iki nəfər ölüb, dörd nəfər yaralanıb
Salyanda ağır yol qəzası olub, iki nəfər ölüb, dörd nəfər yaralanıb.
Crossmedia.az xəbər verir ki, hadisə rayonun Stansiya yaşayış massivində qeydə alınıb.
İlkin məlumata görə, "Prado" markalı avtomobil "VAZ-2106" markalı avtomobillə toqquşub. Qəza nəticəsində 2 nəfər ölüb, 4 nəfər xəsarət alıb. Xəsarət alanlar Salyan Rayon Mərkəzi Xəstəxanasına yerləşdirilib.
Ölən və yaralananların şəxsiyyəti dəqiqləşdirilir. Faktla bağlı araşdırma aparılır.
18:50 20.07.2026
Oxunuş sayı: 55