Bakıda 24 yaşlı gənc dənizdə boğulub
Bakıda 24 yaşlı gənc dənizdə boğulub.
Crossmedia.az xəbər verir ki, hadisə Sahil qəsəbəsində qeydə alınıb.
Belə ki, Bakı şəhər sakini, 2002-ci il təvəllüdlü Elcan Mirzə oğlu Mirzəyev dənizdə boğulub. Onun meyiti sudan çıxarılaraq aidiyyəti üzrə təhvil verilib.
Faktla bağlı araşdırmalar aparılır.
11:17 20.07.2026
Oxunuş sayı: 88