Yaxın Şərq

“Türkiyə Suriya üçün ordu yaratmaqdadır” - Ekspertdən AÇIQLAMA

Suriya və Türkiyə arasında münasibətlər yeni bir strateji tərəfdaşlıq səviyyəsinə qalxır. Suriyaya ən böyük dəstəyi verən Türkiyə bu prosesdə mühüm rol oynayır. Qərb ölkələrinin maraqları Suriyanın parçalanmasına yönəlsə də, Türkiyə tam əks istiqamətdə hərəkət edir. Əsəd rejiminin dəyişdirilməsində mühüm rol oynayan Türkiyə, Suriyanın gələcəyini formalaşdırmağa davam edir.

Mövzu ilə bağlı siyasi şərhçi Elçin Xalidbəyli Crossmedia.az-a açıqlamasında bildirib ki, Suriya-Türkiyə münasibətlərinin strateji tərəfdaşlıq səviyyəsində tənzimlənəcəyi gözlənilir. 

“Hazırda Suriyaya Türkiyədən daha ciddi dəstək verən beynəlxalq güc yoxdur. Qərb ölkələri öz maraqlarından çıxış edir və hətta Suriyanın parçalanmasına belə razıdırlar. Hazırda Türkiyə Suriyaya dəstək verəcək ən müsbət ölkə mövqeyindədir”. 

Ekspert həmçinin əlavə edib ki, Əsəd rejiminin dəyişdirilməsində Türkiyənin xüsusi rolu olub:

“Hazırda hakimiyyətə gələn qüvvələr Türkiyəyə minnətdar olmalıdırlar. Konstitusiyanın hazırlanmasında da xüsusi iştirak edəcək. Türkiyə, Suriya ordusunun yaradılmasında da əsas qüvvə olacaq. Türkiyə Suriya üçün bir ordu yaratmaqdadır və bu proses artıq başlanılıb”.

Samirə Şərif

16:13 25.12.2024

Oxunuş sayı: 5237

Oxşar xəbərlər

PREZİDENTİN GÜNDƏLİYİ

SON XƏBƏRLƏR