Xırdalanda yaşayış binasında baş verən yanğın söndürülüb
Abşeron rayonunun Xırdalan şəhərində çoxmərtəbəli yaşayış binasında baş vermiş yanğın Fövqəladə Hallar Nazirliyinin əməkdaşlarının operativ müdaxiləsi nəticəsində qısa müddətdə söndürülüb.
Crossmedia.az xəbər verir ki, bu barədə Fövqəladə Hallar Nazirliyi məlumat yayıb.
Bildirilib ki, yanğınsöndürənlərin çevik müdaxiləsi sayəsində alovun geniş əraziyə yayılmasının qarşısı alınıb və yanğın qısa müddətdə tam söndürülüb.
Qeyd edək ki, daha əvvəl Fövqəladə Hallar Nazirliyinin "112" qaynar telefon xəttinə Xırdalan şəhərində yerləşən çoxmərtəbəli yaşayış binalarından birində yanğın baş verməsi barədə məlumat daxil olmuşdu.
Hadisə yerinə dərhal FHN-in Dövlət Yanğından Mühafizə və Xüsusi Riskli Xilasetmə xidmətlərinin qüvvələri cəlb edilmişdi.
Yanğının başvermə səbəbi və hadisə nəticəsində zərərçəkənlərin olub-olmaması ilə bağlı əlavə məlumat verilməyib.
09:16 18.07.2026
Oxunuş sayı: 69