Azərbaycan, Türkiyə və Gürcüstan birgə hərbi təlim keçirəcək
Azərbaycan, Türkiyə və Gürcüstan noyabr ayında strateji obyektlərin mühafizəsi və müdafiəsi üzrə birgə hərbi təlim keçirəcək.
Crossmedia.az xəbər verir ki, təlim üç ölkənin müdafiə nazirlikləri arasında hərbi əməkdaşlıq planına uyğun olaraq Azərbaycanda təşkil olunacaq.
Təlimlərdə Azərbaycan, Türkiyə və Gürcüstan hərbçiləri ilə yanaşı, Azərbaycanın Strateji Obyektlərin Mühafizəsi Dövlət Agentliyinin və "Azərbaycan Dəmir Yolları" QSC-nin nümayəndələri də iştirak edəcəklər.
Təlim ssenarisi üç ölkənin ərazisindən keçən strateji obyektlərin və kommunikasiya xətlərinin taktiki səviyyədə mühafizəsi və müdafiəsi üzrə birgə fəaliyyətin məşq etdirilməsini nəzərdə tutur.
16:29 16.07.2026
Oxunuş sayı: 53