Yay tətili başlayır: Deputatlar necə və harada istirahət edəcək?- SORĞU
İyulun 15-dən avqustun 30-dək Milli Məclis ildə iki dəfə - iyulun 15-dən avqustun 30-dək və yanvarın 1-dən 15-dək tətilə buraxılır. Bu müddətdə deputatlar da məzuniyyətdə sayılırlar. Yalnız məclisin növbədənkənar sessiyası çağırıldıqda Milli Məclisin tətili növbədənkənar sessiyanın keçirildiyi müddətə dayandırılır və deputatlar həmin müddətə məzuniyyətdən geri çağırılırlar.
Bəs görəsən, parlamentarilər tətili harada və necə keçirməyi planlaşdırırlar? Onlar bu dövrdə Azərbaycanda, yoxsa xaricdə istirahət etməyi düşünürlər?

Arzuxan Əlizadə yay istirahətini harada keçirəcəyilə bağlı dəqiq qərarının olmadığını bildirib: “Amma ailəmlə birgə Azərbaycanda hansısa rayonda olacağıq. Azərbaycanın görməli, istirahət etməli yeri çoxdur. Onlardan birini seçib bir neçə günlük gedəcəyik”.

Azər Allahverənov bildirib ki, xarici ölkəyə getməyəcək, Azərbaycanda olacaq: “Hələki Bakıdayam işləyirəm. Ola bilər ki, avqust ayının ilk yarısı qısa bir müddətə hansısa rayona istirahətə gedim”.

Aydın Mirzəzadə Bakıda olacağını bildirib: “Bir iki dəfə də Mingəçevirə seçicilərlə görüşə gedəcəm. Telefonum isə həmişə olduğu kimi seçicilərə və mətbuata açıqdır”.

Tənzilə Rüstəmxanlı hələ planının olmadığını bildirib: “Xüsusilə planım yoxdur”.

Məlahət İbrahimqızı qeyd edib ki, Azərbaycanda olacaq, xaricə getməyi planlaşdırmır: “Azərbaycanda hansı rayona gedəcəyimi isə hələlik dəqiqləşdirməmişəm”.
Ayhan
13:00 15.07.2026
Oxunuş sayı: 77