İranı narahat etməyə Trampın bir repostu kifayət etdi
ABŞ Prezidenti Donald Tramp sosial şəbəkədə İranın Xark adasının ələ keçirilməsinə çağıran paylaşımı repost edib.
Crossmedia.az bu barədə xarici mediaya istinadən xəbər verir.
Məlumata görə, Trampın paylaşımı İranın strateji əhəmiyyətli Xark adasına nəzarətin ələ keçirilməsini təklif edən çağırışı ehtiva edib. ABŞ liderinin bu addımı həmin fikrə dəstək kimi qiymətləndirilib.
Xark adası İranın ən mühüm neft terminallarından birinin yerləşdiyi strateji ərazi hesab olunur. Adanın nəzarətə götürülməsi İranın enerji ixrac imkanlarına ciddi təsir göstərə bilər.
Trampın repostu Vaşinqton-Tehran münasibətlərində gərginliyin artdığı bir vaxtda diqqət çəkib.

21:34 14.07.2026
Oxunuş sayı: 54