"The Guardian": Polşada yaşayan ukraynalılar münasibətin pisləşməsindən narazıdır
Polşa ilə Ukrayna arasında münasibətlərin soyuması fonunda bu ölkədə yaşayan ukraynalılar onlara qarşı alçaldıcı rəftarla üzləşdiklərini bildirirlər.
Crossmedia.az xəbər verir ki, "The Guardian" bu barədə məlumat yayıb.
Nəşrin yazdığına görə, ukraynalılar xüsusilə sərhəd-keçid məntəqələrində sərhədçilərin kobud davranışından və sərhədi keçənlər üçün infrastrukturun zəif olmasından şikayət edirlər.
"The Guardian" həmçinin qeyd edir ki, Polşada fəaliyyət göstərən bəzi siyasətçilər ölkədə yaşayan bir milyondan çox ukraynalıya qarşı mənfi münasibət bəsləyirlər.
Məqalədə vurğulanır ki, bu amillər son dövrlərdə Varşava ilə Kiyev arasında münasibətlərdə müşahidə olunan gərginlik fonunda daha qabarıq şəkildə hiss olunur.
17:33 14.07.2026
Oxunuş sayı: 44