Bəhreyndə SEPAH-a casusluqda ittiham olunan üç nəfər ömürlük həbs cəzası alıb
Bəhreyn Prokurorluğu İranın İnqilab Keşikçiləri Korpusunun (SEPAH) xeyrinə casusluqda ittiham olunan üç nəfərin ömürlük həbs cəzasına məhkum edildiyini açıqlayıb.
Crossmedia.az xarici KİV-ə istinadən xəbər verir ki, təqsirləndirilən şəxslərin SEPAH ilə əlaqədə olduqları və ölkənin milli təhlükəsizliyinə zidd fəaliyyət göstərdikləri bildirilib.
Məhkəmə toplanmış sübutlar əsasında hökm çıxarıb. Rəsmi qurumlar milli təhlükəsizliyə qarşı yönələn fəaliyyətlərə qarşı tədbirlərin davam etdiriləcəyini qeyd ediblər.
15:34 14.07.2026
Oxunuş sayı: 53