Çin Rusiyanın əsas ticarət tərəfdaşı mövqeyini möhkəmləndirib
Çin Rusiyanın əsas ticarət və iqtisadi tərəfdaşı mövqeyini qəti şəkildə möhkəmləndirib.
Crossmedia.az xəbər verir ki, bu barədə Rusiyanın Çindəki səfiri İqor Morqulov Pekində, iki ölkə arasında “Qonşuluq, Dostluq və Əməkdaşlıq haqqında Müqavilə”nin imzalanmasının 25 illiyi münasibətilə keçirilən tədbirdə bildirib.
Onun sözlərinə görə, son 25 ildə Rusiya ilə Çin arasında ticarət-iqtisadi əməkdaşlıq sadə mal mübadiləsi və sərhədyanı barterdən çıxaraq, müxtəlif sahələri əhatə edən strateji tərəfdaşlığa çevrilib.
Səfir qeyd edib ki, 2001-ci ildən bəri iki ölkə arasında ticarət dövriyyəsi 30 dəfədən çox artıb və artıq üç il ardıcıl olaraq 200 milyard ABŞ dollarını əhəmiyyətli dərəcədə üstələyib.
Morqulov vurğulayıb ki, Çin hazırda Rusiyanın ən böyük ticarət tərəfdaşıdır, Rusiya isə Çinin ilk beş xarici ticarət tərəfdaşı sırasında yer alır.
15:41 14.07.2026
Oxunuş sayı: 52