ABŞ bankları Hörmüz boğazı ilə bağlı mümkün gərginlikdən narahatdır
ABŞ bankları Vaşinqtonun Hörmüz boğazından keçid üçün ödəniş tətbiq etməsi halında regionda gərginliyin artacağı riskindən narahatdır.
Crossmedia.az xəbər verir ki, bu barədə CNBC-nin əldə etdiyi Citibank analitik qeydinə istinadən məlumat yayılıb.
Məlumata görə, bankın analitikləri hesab edirlər ki, ABŞ-nin belə bir addımı İranın ABŞ ilə imzaladığı anlaşma memorandumundan bu ilin 3 noyabrında keçiriləcək ABŞ aralıq seçkilərindən əvvəl çıxması riskini artıra bilər.
Qeyd olunub ki, bu ssenari Yaxın Şərqdə vəziyyətin daha da gərginləşməsinə və qlobal enerji bazarında yeni risklərin yaranmasına səbəb ola bilər.
15:20 14.07.2026
Oxunuş sayı: 57