Ötən həftə 1 421, 8 hektar ərazi minalardan təmizlənib
Azad olunan ərazilərdə iyulun 6-dan 12-nə qədər 60 tank əleyhinə mina, 54 piyada əleyhinə mina, 237 partlamamış hərbi sursat (PHS) aşkarlanıb və zərərsizləşdirilib.
Crossmedia.az-ın xəbərinə görə, bu barədə Azərbaycan Minatəmizləmə Agentliyinin (ANAMA) azad edilmiş ərazilərdə həyata keçirilən humanitar minatəmizləmə əməliyyatları ilə bağlı həftəlik məlumatında deyilir.
Məlumata əsasən, 1 421, 8 hektar ərazi minalardan təmizlənib.
14:27 13.07.2026
Oxunuş sayı: 55