Rusiya TN: Uşaqların "qurd" formasında marmelad yemək istəyi normal deyil
Rusiya Təhsil Nazirliyi uşaqların rəqəmsal texnologiyalardan istifadəsi ilə bağlı yenilənmiş metodiki tövsiyələr hazırlayıb.
Crossmedia.az xəbər verir ki, bu barədə TASS məlumat yayıb.
Sənəddə qeyd olunur ki, sosial şəbəkələrdə yayılan məzmun və reklamlar uşaqların qida seçiminə mənfi təsir göstərir. Bildirilir ki, psixonevroloqların fikrincə, uşağın nəcis, qurd, qan və digər bu kimi obrazlarda hazırlanan marmelad və şirniyyatları yemək istəyi normal hesab oluna bilməz.
Nazirlik bu cür marağın əsasən xarici videoların, o cümlədən Hellouin və oxşar tədbirlərlə bağlı yayımlanan məzmunun təsiri nəticəsində formalaşdığını vurğulayıb.
Sənəddə həmçinin qeyd edilir ki, 7–11 yaş dövründə uşaqlarda nəzəri təfəkkür formalaşsa da, informasiyanı tənqidi qiymətləndirmə bacarığı hələ tam inkişaf etmir. Bu isə onların internet çağırışlarına və manipulyativ reklamlara daha həssas olmasına səbəb olur.
Rusiya Təhsil Nazirliyi məktəblərdə rəqəmsal savadlılıq dərslərinin genişləndirilməsini, yemək zamanı elektron cihazlardan istifadənin qadağan edilməsini və uşaqların rəqəmsal fəaliyyətinin valideyn nəzarəti altında maarifləndirici istiqamətə yönəldilməsini tövsiyə edib.
07:02 13.07.2026
Oxunuş sayı: 82