Çində sel nəticəsində 900-ə yaxın ilan fermadan qaçıb
Çinin Quanqsi əyalətində leysan yağışları və tornado nəticəsində baş verən dağıdıcı daşqınlar səbəbindən yerli ilan fermasından təxminən 800–900 ilan qaçıb.
Crossmedia.az xəbər verir ki, bu barədə yerli hakimiyyət orqanlarının məlumatına görə, qaçan sürünənlər arasında zəhərli kobralar da var. Bununla belə, onların əksəriyyətini zəhərsiz su ilanları təşkil edir.
Məlumata əsasən, yerli sakinlərdən biri artıq ilan sancması nəticəsində xəsarət alaraq xəstəxanaya yerləşdirilib. Hazırda ərazidə qaçan ilanların tapılması üçün genişmiqyaslı axtarış əməliyyatı aparılır.
19:24 10.07.2026
Oxunuş sayı: 54