İran ABŞ-yə xəbərdarlıq edib: Hücumlar cavabsız qalmayacaq
İranın Ali Milli Təhlükəsizlik Şurasının katibi Məhəmməd Baqir Zülqədr ABŞ-yə xəbərdarlıq edərək bildirib ki, İrana qarşı həyata keçirilən hücumlar cavabsız qalmayacaq.
Crossmedia.az bu barədə ˝Tasnim˝ agentliyinə istinadən xəbər verir.
Onun sözlərinə görə, İranın infrastrukturuna yönələn hücumlara cavab tədbirləri görüləcək. Zülqədr əlavə edib ki, bu hücumların arxasında dayandığını iddia etdiyi İsrail də cavab zərbələrindən yayınmayacaq.
“İranın infrastrukturuna edilən hücumlara mütləq cavab veriləcək və bu cinayətlərin arxasında duran sionist rejim də cavabdan yayına bilməyəcək”, – deyə o bildirib.
19:08 10.07.2026
Oxunuş sayı: 57