Rusiyada yanacaq qıtlığı səbəbindən məsafədən iş rejiminə keçid tövsiyə olunub
Rusiyanın Novosibirsk vilayətində benzin çatışmazlığı səbəbindən müəssisələrə əməkdaşlarını məsafədən iş rejiminə keçirmək tövsiyə edilib.
Crossmedia.az xəbər verir ki, bu barədə vilayət hökumətinin qərarında bildirilib.
Sənədə əsasən, həyati əhəmiyyət daşıyan xidmət sahələrinə aid olmayan şirkətlərə əməkdaşlarının distant işləməsini təşkil etmək tövsiyə olunur.
Vilayət sakinlərindən şəxsi avtomobillərdən istifadəni minimuma endirmələri də xahiş edilib.
Qərara görə, yerli və regional dövlət qurumları yanacaq sərfiyyatına qənaət etməli, onu yalnız prioritet vəzifələrin icrası üçün istifadə etməlidirlər.
Digər dövlət qulluqçularına isə ictimai nəqliyyatdan istifadə etmək tövsiyə olunub.
15:42 10.07.2026
Oxunuş sayı: 45