KİV: Livanda martdan bəri 4,3 mindən çox insan həlak olub
İsrail ilə "Hizbullah" hərəkatı arasında gərginliyin artmasından sonra Livanda 4 min 321 nəfərin öldüyü, 12 min 204 nəfərin isə yaralandığı bildirilir.
Crossmedia.az xəbər verir ki, bu barədə "Haaretz" Livanın Səhiyyə Nazirliyinin Təcili Əməliyyatlar Mərkəzinin məlumatına istinadən yazıb.
Məlumata görə, statistika martın 2-dən iyulun 9-dək Livan ərazisinə endirilən İsrail zərbələrinin nəticələrini əhatə edir.
Livan Səhiyyə Nazirliyinin məlumatları ölkənin Milli İnformasiya Agentliyi tərəfindən də yayımlanıb.
Hazırda Livanın cənubunda vəziyyətin gərgin olaraq qaldığı bildirilir.
14:34 10.07.2026
Oxunuş sayı: 50