Odessa vilayətində rus musiqisinə irad bildirən hərbçi döyülüb
Ukraynanın Odessa vilayətinin Zatoka qəsəbəsində rus ifaçılarının mahnılarına qulaq asılması ilə bağlı irad bildirən hərbçinin döyüldüyü bildirilir.
Crossmedia.az xəbər verir ki, bu barədə yerli KİV məlumat yayıb.
Məlumata görə, hadisə zamanı hərbçi ilə digər şəxs arasında mübahisə yaranıb. İddialara əsasən, hücum edən şəxs armaturdan istifadə edərək hərbçiyə ağır xəsarətlər yetirib.
Zərərçəkənin xəstəxanaya yerləşdirildiyi bildirilir. Onun yaxınları mübahisə zamanı hücum edən şəxsin hərbçiyə qarşı ölüm təhdidləri səsləndirdiyini də iddia ediblər.
Hadisə ilə bağlı hüquq-mühafizə orqanlarının araşdırma apardığı bildirilir.
13:55 10.07.2026
Oxunuş sayı: 56