ABŞ enerji eksperti: İranla gərginliyi artırmaq üçün ən uğurlu vaxt deyil
ABŞ-ın enerji bazarı üzrə eksperti Art Berman ölkənin Strateji Neft Ehtiyatının (SPR) hazırkı vəziyyətinin narahatlıq doğurduğunu bildirib.
Crossmedia.az xəbər verir ki, Bermanın sözlərinə görə, ABŞ-ın Strateji Neft Ehtiyatı hazırda anbarın təhlükəsiz istismarı üçün tələb olunan minimum həddən cəmi 19 milyon barel çoxdur.
Ekspert bunu kritik vəziyyət kimi qiymətləndirərək qeyd edib ki, belə şəraitdə İranla gərginliyin artırılması və Hörmüz boğazı vasitəsilə qlobal neft tədarükünün daha da risk altına düşməsi məqsədəuyğun deyil.
Onun fikrincə, mövcud ehtiyat səviyyəsi fonunda enerji bazarında əlavə qeyri-müəyyənlik yaradacaq addımlar ABŞ və qlobal neft bazarı üçün ciddi nəticələrə səbəb ola bilər.

12:25 10.07.2026
Oxunuş sayı: 45