Rusiya və Çin hərbi gəmiləri "Joint Sea-2026" təlimlərinin dəniz mərhələsinə başlayıb
Rusiya Hərbi Dəniz Qüvvələri və Çin Xalq Azadlıq Ordusunun Hərbi Dəniz Qüvvələrinə məxsus döyüş gəmiləri "Joint Sea-2026" birgə təlimlərinin dəniz mərhələsini keçirmək məqsədilə Sarı dənizə daxil olub.
Crossmedia.az xəbər verir ki, bu barədə Rusiya Sakit Okean Donanmasının mətbuat xidməti məlumat yayıb.
Bildirilib ki, təlimlərin dəniz mərhələsi başlamazdan əvvəl hər iki ölkənin komandanlıq heyəti və zabitləri naviqasiya xəritələrindən istifadə etməklə əməliyyatların planlaşdırılmasını başa çatdırıblar.
Qeyd olunub ki, təlimlərin növbəti mərhələsində birgə manevrlər və müxtəlif döyüş tapşırıqlarının icrası nəzərdə tutulur.
12:11 10.07.2026
Oxunuş sayı: 52