Zaxarova: Son bir həftədə Ukraynanın hücumları nəticəsində 308 mülki şəxs zərər çəkib
Rusiya Xarici İşlər Nazirliyinin rəsmi nümayəndəsi Mariya Zaxarova bildirib ki, son bir həftə ərzində Ukrayna Silahlı Qüvvələrinin hücumları nəticəsində 308 mülki şəxs zərər çəkib.
Crossmedia.az xəbər verir ki, Zaxarova bu barədə NATO sammitinin yekunlarına dair şərhində danışıb.
Onun iddiasına görə, Ukrayna Silahlı Qüvvələri pilotsuz uçuş aparatlarından istifadə edərək marşrut və sərnişin avtobuslarını qəsdən hədəfə alır.
Qeyd edək ki, bu açıqlamalar Rusiya Xarici İşlər Nazirliyinin mövqeyini əks etdirir. Ukrayna tərəfi isə bu iddialarla bağlı fərqli mövqe nümayiş etdirir.
11:54 10.07.2026
Oxunuş sayı: 48