Rusiya XİN: Zelenskinin NATO-ya nüvə mesajı nəticə vermədi
Ukrayna Prezidenti Volodimir Zelenski NATO ölkələrinin Kiyevə dəstəyini artırmaq məqsədilə nüvə silahına sahib olmaq perspektivindən şantaj vasitəsi kimi istifadə etməyə çalışıb, lakin bu cəhd nəticəsiz qalıb.
Crossmedia.az xəbər verir ki, bu barədə Rusiya Xarici İşlər Nazirliyinin rəsmi nümayəndəsi Mariya Zaxarova NATO sammitinin yekun bəyannaməsini şərh edərkən bildirib.
Onun sözlərinə görə, qəbul edilən yekun sənəddə Ukraynanın NATO-ya üzvlüyü ilə bağlı heç bir işarə yer almayıb.
Zaxarova, həmçinin iddia edib ki, "Zelenski rejimi" Qərb istehsalı olan silahların guya effektivliyini nümayiş etdirmək məqsədilə Rusiyanın dinc əhalisinə qarşı terror aktlarını gücləndirməyə çalışır.
Qeyd edək ki, bu açıqlamalar Rusiya Xarici İşlər Nazirliyinin mövqeyini əks etdirir. Ukrayna və NATO tərəfi isə bu iddialarla bağlı fərqli mövqe nümayiş etdirir.
11:10 10.07.2026
Oxunuş sayı: 52