Sırski: Rusiya ordusunun irəliləmə tempi iki dəfədən çox azalıb
Cəbhədə dönüş nöqtəsinə hələ çatılmayıb, lakin Rusiya ordusunun hücum tempi əhəmiyyətli dərəcədə zəifləyib.
Crossmedia.az xəbər verir ki, Ukrayna Silahlı Qüvvələrinin Baş komandanı Oleksandr Sırski bu barədə açıqlama verib.
Sırskinin sözlərinə görə, əvvəllər Rusiya qüvvələri eyni vaxtda 13 istiqamətdə aktiv hücum əməliyyatları aparırdısa, hazırda bu rəqəm maksimum 6-7 istiqamətə enib.
O qeyd edib ki, Rusiya ordusunun irəliləmə tempi də iki dəfədən çox azalıb.
Bununla yanaşı, Baş komandan bildirib ki, Moskva əvvəlki məqsədlərindən imtina etməyib və Dnepropetrovsk, Zaporojye vilayətləri istiqamətində hücum əməliyyatlarını genişləndirməyi, həmçinin Ukraynanın şimalında yaratdığı "bufer zona"sını böyütməyi planlaşdırır.
10:47 10.07.2026
Oxunuş sayı: 53