Ukraynanın gecə hücumları: Rusiyanın cənubunda yanğınlar baş verdi
Ukraynanın gecə saatlarında həyata keçirdiyi hücumlardan sonra Rusiyanın cənubunda yerləşən bir sıra sənaye müəssisələri və neft obyektlərində yanğınların baş verdiyi bildirilir.
Crossmedia.az xəbər verir ki, bu barədə xarici KİV məlumat yayıb.
Məlumata görə, Taqanroqda yerləşən "Kurqannefteprodukt" liman terminalında yanğın baş verib. Bildirilir ki, terminalın əsas fəaliyyəti neft məhsullarının dəniz gəmilərinə yüklənməsi və boşaldılmasından ibarətdir.
Krasnodar diyarının Seversk rayonunda isə pilotsuz uçuş aparatının qalıqlarının düşməsindən sonra "İlski" Neft Emalı Zavodunun ərazisində yanğın qeydə alınıb.
Bundan başqa, Azov şəhərində Rusiyanın hərbi-sənaye kompleksinə daxil olan **"Azov Optik-Mexaniki Zavodu"**nun hücuma məruz qaldığı bildirilir.
Hadisələrlə bağlı mümkün dağıntılar və itkilər barədə hələlik rəsmi məlumat açıqlanmayıb.
10:27 10.07.2026
Oxunuş sayı: 53