Netanyahu Trampdan təhlükəsizlik zonalarının saxlanılmasını istəyib
İsrailin Baş naziri Benyamin Netanyahu ABŞ Prezidenti Donald Trampla telefon danışığında Livan, Suriya və Qəzza ilə sərhədlər boyunca təhlükəsizlik zonalarının qorunmasının vacibliyini vurğulayıb.
Crossmedia.az xəbər verir ki, bu barədə İsrail hökumət başçısının ofisi məlumat yayıb.
Məlumata görə, Netanyahu söhbət zamanı İsrailin təhlükəsizliyinin təmin olunması üçün Livan, Suriya və Qəzza istiqamətlərində təhlükəsizlik zonalarının saxlanılmasının zəruri olduğunu bildirib.
09:53 10.07.2026
Oxunuş sayı: 53