KİV: Vasitəçilərin səyləri ABŞ–İran münasibətlərində gərginliyi azaldıb
ABŞ və İran arasında münasibətlər cümə axşamı əvvəlki günlərlə müqayisədə xeyli sakitləşib.
Crossmedia.az xəbər verir ki, bu barədə "Axios" nəşri məlumat yayıb.
Məlumata görə, Qətər, Səudiyyə Ərəbistanı, Türkiyə, Pakistan və Misirin yüksək vəzifəli rəsmiləri gərginliyin azaldılması məqsədilə hər iki tərəfin nümayəndələri ilə bir neçə telefon danışığı aparıblar.
Bildirilib ki, vasitəçilər, eyni zamanda, İranın nüvə proqramı ilə bağlı danışıqların yenidən bərpasına nail olmağa çalışırlar.
ABŞ və İran rəsmiləri isə bununla bağlı hələlik rəsmi açıqlama verməyiblər.
10:06 10.07.2026
Oxunuş sayı: 54