Buşehrdəki partlayış səsinin səbəbi müəyyənləşdirilir
İranın Buşehr şəhərinin hakimiyyət orqanları şəhərdə eşidilən güclü partlayış səsinin hava hücumundan müdafiə sistemlərinin fəaliyyəti ilə bağlı olduğunu açıqlayıb.
Crossmedia.az xəbər verir ki, Buşehr qubernatorunun müavininin sözlərinə görə, bu hadisə yaşayış məntəqəsinin kənarındakı hərbi obyektə raket zərbəsindən sonra baş verib.
O bildirib ki, zərbə ABŞ və İsrail qüvvələri tərəfindən endirilib.
Hadisə ilə bağlı əlavə təfərrüatlar açıqlanmayıb.
00:37 10.07.2026
Oxunuş sayı: 44