İranın bir neçə şəhərində silsilə partlayış səsləri eşidilib
İranın bir sıra şəhərlərində güclü partlayış səsləri qeydə alınıb.
Crossmedia.az bu barədə xarici mediaya istinadən xəbər verir.
Məlumata görə, ölkənin cənubunda bir neçə insident baş verib. Bölgə sakinləri yaşayış məntəqələrində aydın eşidilən güclü partlayış səsləri barədə məlumat veriblər.
Bildirilib ki, Çabahar şəhərində üç, Buşehr şəhərində isə iki partlayış baş verib. Həmçinin Əhvaz və Bəndər-Abbas şəhərlərində də oxşar səslərin eşidildiyi qeyd olunur.
Eyni zamanda, sözügedən ərazilərin hava məkanında ABŞ Hərbi Hava Qüvvələrinin aviasiya fəaliyyətinin artdığı bildirilir.
Hadisələrlə bağlı rəsmi mənbələrdən hələlik açıqlama verilməyib.
00:30 10.07.2026
Oxunuş sayı: 50