Zelenski: insanlara qarşı bu cür münasibət yolverilməzdir
Ukrayna Prezidenti Volodimir Zelenski Lvovda Ərazi Komplektləşdirmə və Sosial Dəstək Mərkəzinin hərbçilərinə edilən hücumla bağlı açıqlama verib.
Crossmedia.az bu barədə xarici mediaya istinadən xəbər verir.
Zelenski hadisəni çox pis adlandıraraq, hərbi formada olan insanlara qarşı bu cür münasibətin yolverilməz olduğunu bildirib.
Prezident qeyd edib ki, daxili işlər naziri İqor Klimenko ona hadisənin bəzi təfərrüatları barədə məlumat verib. Onun sözlərinə görə, Daxili İşlər Nazirliyi hadisəni qüvvədə olan qanunvericiliyə uyğun araşdıracaq, Müdafiə Nazirliyi isə üzərinə götürdüyü öhdəlikləri tam yerinə yetirməlidir.
00:18 10.07.2026
Oxunuş sayı: 60