Moskva vilayətində xəstəxanalar çətin vəziyyətlə üzləşib
Moskva vilayətinin Mıtışi şəhərində yerləşən 1 saylı şəhər xəstəxanasında benzin və dizel yanacağının tam tükəndiyi bildirilir.
Crossmedia.az bu barədə xarici mediaya istinadən xəbər verir.
Məlumata görə, yanacaq çatışmazlığı səbəbindən 48 təcili tibbi yardım avtomobili fəaliyyətini dayandırıb və çağırışlara çıxa bilmir.
Bundan əlavə, xəstəxananın daxili logistikasında da problemlər yaranıb. Bu səbəbdən qida çatdırılması və ağır vəziyyətdə olan xəstələrin müayinələrə daşınması çətinləşib.
Xəstəxana rəhbərliyi yanacaq ehtiyatlarının təcili şəkildə bərpa olunmasını tələb edib.
00:11 10.07.2026
Oxunuş sayı: 57