Putin Kiyevlə sülh danışıqları çağırışlarını rədd edir
Rusiya Prezidenti Vladimir Putin Ukrayna ilə sülh danışıqlarının başlanması ilə bağlı çağırışları qəbul etmir.
Crossmedia.az xəbər verir ki, bu barədə ˝Reuters˝ agentliyi Kremlə yaxın üç mənbəyə istinadən məlumat yayıb.
Məlumata görə, mənbələrdən ikisi Putinin beşinci ilinə daxil olan münaqişədə eskalasiyaya gedə biləcəyini bildirib. Onlardan biri yaxın aylarda gərginliyin artması ehtimalının yüksək olduğunu qeyd edib.
Həmin mənbənin sözlərinə görə, Putin yaxın vaxtlarda cəbhənin hazırkı xətti boyunca atəşkəs əsasında kompromis təklif edən bir qrup müşavirini də tənqid edib.
Digər mənbə isə bildirib ki, Putin Rusiyanın yaxın vaxtlarda Donbas üzərində tam nəzarəti ələ keçirəcəyinə inanır.
00:04 10.07.2026
Oxunuş sayı: 53