Ukrayna danışıqları ilə bağlı Moskvanın səbr kasası daşdı
Rusiya xarici işlər naziri Sergey Lavrov bildirib ki, Moskva Qərbin Ukrayna məsələsində danışıqlar aparmaq niyyətində olduğuna artıq inanmayacaq.
Crossmedia.az bu barədə xarici mediaya istinadən xəbər verir.
Lavrov Mozambikin xarici işlər naziri Mariya Lukas ilə birgə keçirdiyi mətbuat konfransında deyib ki, Rusiyanın Qərbə qarşı xoş münasibət və ümid ehtiyatı tamamilə tükənib.
Onun sözlərinə görə, bundan sonra Moskva Qərbin danışıqlara yanaşmasına əvvəlki kimi etimad göstərməyəcək.
23:40 09.07.2026
Oxunuş sayı: 58