Almaniya parlamentində Ukrayna planı rədd edildi
Almaniya Bundestaqı Ukraynaya hərbi və maliyyə yardımının genişləndirilməsini nəzərdə tutan qətnaməni qəbul etməyib.
Crossmedia.az xəbər verir ki, “Bild” nəşrinin məlumatına görə, sənəddə Ukraynaya Taurus və PAC-3 raketlərinin tədarükü, Rusiyanın dərinliklərinə zərbələr endirmək üçün Ukrayna pilotsuz uçuş aparatlarının istehsalının maliyyələşdirilməsi, həmçinin Rusiyaya qarşı sanksiyaların sərtləşdirilməsi təklif olunurdu.
Qətnaməni yalnız 79 deputat dəstəkləyib, 510 deputat isə onun əleyhinə səs verib. Sənədə qarşı həm hakim koalisiyanın üzvləri, həm də müxalifət nümayəndələri çıxış ediblər.

22:41 09.07.2026
Oxunuş sayı: 63