Ceyhun Bayramov Azərbaycan vətəndaşlarının başqa ölkələrdəki münaqişələrdə iştirakı barədə: Bu, cinayətdir
Təəssüf ki, bəzən başqa ölkələrdəki hərbi münqaişələrdə Azərbaycan vətəndaşları da iştirak edirlər.
Crossmedia.az xəbər verir ki, bunu xarici işlər naziri Ceyhun Bayramov İordaniya Baş nazirinin müavini, xarici işlər və xaricdə yaşayan iordaniyalılar naziri Əymən Əs-Səfadi ilə Bakıda keçirilən brifinqdə deyib.
"Bu, müxtəlif vədlər və yollarla həyata keçirilir. Bir daha Azərbaycan vətəndaşlarına çağırış edirəm ki, bu fakt Azərbaycanda cinayət hesab olunur, bu, qanunvericiliyin pozulmasıdır. Bu kimi hərəkətlər hətta Azərbaycan vətəndaşlığından məhrum edilmə ilə nəticələnə bilər", - nazir qeyd edib.(Report)
13:57 08.07.2026
Oxunuş sayı: 43