Tramp: İranı aradan qaldırmaq lazımdır
ABŞ Prezidenti Donald Tramp İranı "xərçəng şişi" adlandıraraq, bu ölkə ilə bağlı sərt fikirlər səsləndirib.
Crossmedia.az xəbər verir ki, bu barədə "Reuters" agentliyi məlumat yayıb.
"Onlar pis və təhlükəli insanlardır. Bu xərçəng şişindən qurtulmalıyıq. Xərçəngi erkən mərhələdə kəsmək lazımdır. Mən belə düşünürəm", – deyə Tramp bildirib.
ABŞ Prezidenti bundan əvvəl də İranla əldə olunmuş atəşkəsin artıq qüvvədə olmadığını və Vaşinqtonla Tehran arasında danışıqların davam etdirilməsinin mənasız olduğunu bəyan etmişdi.
13:04 08.07.2026
Oxunuş sayı: 51