"İmişli" Bəxtiyar Həsənalızadəni heyətinə qatıb
"İmişli" daha bir futbolçu transferini açıqlayıb.
Crossmedia.az bölgə təmsilçisinin mətbuat xidmətinə istinadən xəbər verir ki, Bəxtiyar Həsənalızadə heyətə cəlb olunub.
29 yaşlı mərkəz müdafiəçisi ilə 1 illik müqavilə imzalanıb.
Karyerası ərzində "Sumqayıt", "Zirə", "Sabah" və Türkiyənin "Tuzlaspor" klublarında çıxış edən B.Həsənalızadə son olaraq "Araz-Naxçıvan"ın formasını geyinib.
12:36 08.07.2026
Oxunuş sayı: 46