Azərbaycan daha bir ölkədən gavalı və göyəm tədarük etməyə başlayıb
Bu ilin yanvar-aprel aylarında Azərbaycan 30,72 min ABŞ dolları dəyərində 3,85 ton gavalı və göyəm idxal edib.
Crossmedia.az xəbər verir ki,Dövlət Statistika Komitəsinin məlumatları əsasında aparılan hesablamalara əsasən, bu, 2025-ci ilin eyni dövrünün göstəricisindən dəyər ifadəsində 17 %, kəmiyyət olaraq – 10 % çoxdur.
Hesabat dövründə Azərbaycan Cənubi Afrikadan 24 min ABŞ dolları dəyərində (bir il əvvəlki göstəricidən 22,5 % çox) 3 ton (+25 %), Çilidən 4,44 min ABŞ dolları dəyərində (+48 %) 0,56 ton (+47 %), Vyetnamdan 2 min ABŞ dolları dəyərində 0,25 ton, İrandan 0,15 min ABŞ dolları dəyərində (-96 %) 0,03 ton (-96 %), Tailanddan 0,13 min ABŞ dolları dəyərində 0,01 ton (1 il əvvəl tədarük olmayıb) məhsul alıb.
Bu il son 16 ildə (qeyd: xarici ticarət üzrə açıq istifadədə olan rəsmi statistika 2011-ci ilə kimidir) ilk dəfə olaraq Vyetnamdan gavalı və göyəm tədarük həyata keçirilib.
14:13 08.07.2026
Oxunuş sayı: 45