Tramp: TikTokda bir nömrəyəm
ABŞ Prezidenti Donald Tramp Ankarada keçirilən NATO-nun 36-cı Dövlət və Hökumət Başçıları Zirvəsində çıxışı zamanı "TikTok" platforması ilə bağlı açıqlama verib.
Crossmedia.az xəbər verir ki, Tramp Çinin Sədri Si Cinpin barədə danışarkən söhbəti "TikTok" mövzusuna gətirib.
O bildirib ki, bir çoxları platformanı tənqid etsə də, özü burada ən çox izlənilən şəxsdir.
"İnsanlar deyirlər ki, "TikTok" çox təhlükəlidir, kommunizmi təbliğ edir və zərərli məzmun yayır. Amma mən sizə deyim ki, "TikTok"da bir nömrəyəm. Ən çox izlənilən şəxs mənəm. Ümumilikdə 4 milyard baxış toplamışam. Buna görə də insanlar prioritetlərini düzgün müəyyənləşdirməlidirlər", – deyə Tramp bildirib.
12:54 08.07.2026
Oxunuş sayı: 301