Peskovdan sərt mesajlar: Rusiya müharibəni davam etdirəcək
Kremlin sözçüsü Dmitri Peskov gündəmdə olan bir sıra məsələlərlə bağlı açıqlamalar verib.
Crossmedia.az xəbər verir ki, Peskov Ukraynanın enerji infrastrukturuna qarşı həyata keçirdiyi hücumlara cavab məsələsinə toxunaraq Rusiyanın müharibəni davam etdirdiyini bildirib.
O, Baltikyanı ölkələrin Finlandiyanı nümunə götürərək öz ərazilərində nüvə silahının yerləşdirilməsinə icazə verməyə tələsdiklərini iddia edib. Peskovun sözlərinə görə, belə bir qərar həmin ölkələrin təhlükəsizliyini artırmayacaq, əksinə, Rusiyanı müvafiq cavab tədbirləri görməyə məcbur edəcək.
Kremlin sözçüsü həmçinin qeyd edib ki, Rusiya Prezidenti Vladimir Putin fond bazarındakı volatillik barədə məlumatlıdır və bazarın xarici hadisələrə reaksiyasını normal hal kimi qiymətləndirir.
Peskov əlavə edib ki, Rusiya hökumətinin əsas prioriteti iqtisadiyyatın inkişafıdır və bu məsələ Prezident Vladimir Putinin keçirdiyi müşavirənin də əsas mövzularından biridir.
14:41 08.07.2026
Oxunuş sayı: 50