Tramp: Türkiyə F-35 qırıcılarını alacaq
ABŞ Prezidenti Donald Tramp Türkiyənin F-35 döyüş təyyarələrini alacağını bəyan edib.
Crossmedia.az xəbər verir ki, Tramp bu barədə NATO-nun Baş katibi Mark Rütte ilə Ankarada keçirilən NATO sammiti çərçivəsində görüşü zamanı danışıb.
"Türkiyə F-35-ləri alacaq", – deyə ABŞ Prezidenti bildirib.
Tramp bir gün əvvəl də Ankaranın Rusiyadan aldığı S-400 zenit-raket komplekslərinin F-35-lərlə bağlı mümkün razılaşma baxımından onu narahat etmədiyini söyləmişdi.
Onun sözlərinə görə, hazırda Türkiyə ilə bağlı heç bir narahatlığı yoxdur və Vaşinqtonla Ankara arasındakı münasibətlər "bəlkə də indiyədək heç vaxt olmadığı qədər yaxşıdır".
ABŞ Prezidenti vurğulayıb ki, iki ölkə arasındakı əlaqələr, o cümlədən onun ilk prezidentlik dövrü ilə müqayisədə, hazırda ən yüksək səviyyədədir.
12:41 08.07.2026
Oxunuş sayı: 55