ATƏT-in Baş katibi erməni katolikosunun dəyişdirilməsinə kömək edəcək
ATƏT-in Baş katibi Feridun Sinirlioğlu rusiyalı prankerlər(özlərini başqa şəxslər kimi təqdim edən) Vladimir Kuznetsov ("Vovan") və Aleksey Stolyarov ("Leksus")la telefon danışığı zamanı erməni katolikosunun dəyişdirilməsi məsələsinə münasibət bildirib.
Crossmedia.az xəbər verir ki, söhbətin fraqmenti Rusiyanın "Birinci kanal"ı tərəfindən yayımlanıb.
Məlumata görə, Sinirlioğlu danışıq zamanı qarşı tərəfin Ermənistanın Baş naziri Nikol Paşinyan olduğunu zənn edib.
Prankerlər Ermənistan Apostol Kilsəsinə qarşı təzyiqlər məsələsində ATƏT-in dəstəyini soruşduqda, Baş katib belə cavab verib:
"Bu məsələ ilə mən də məşğul olacağam, əlimdən gələni edəcəyəm."
Bundan sonra Sinirlioğlu qarşı tərəfə belə bir sual ünvanlayıb:
"Yeri gəlmişkən, siz bunu edə bilərsinizmi? Katolikosu dəyişdirə bilərsinizmi?"
Qeyd edək ki, söhbətin həqiqiliyi və konteksti ilə bağlı ATƏT tərəfindən hələlik rəsmi açıqlama verilməyib.
13:41 08.07.2026
Oxunuş sayı: 50