KİV: Trampın sərt bəyanatları NATO sammiti ilə bağlı gözləntiləri azaltdı
NATO ölkələri ABŞ Prezidenti Donald Trampın sərt bəyanatlarından sonra Ankarada keçirilən alyans sammiti ilə bağlı gözləntilərini azaldıblar.
Crossmedia.az xəbər verir ki, bu barədə Politico nəşri məlumat yayıb.
Nəşrin yazdığına görə, alyans liderləri Trampın Türkiyəyə konstruktiv və işgüzar əhval-ruhiyyədə gələcəyinə ümid edirdilər. Lakin ABŞ Prezidenti sammitin əvvəlindən sərt mövqe nümayiş etdirərək müttəfiqləri yenidən Vaşinqtonun NATO ölkələrinin müdafiəsinə nə dərəcədə sadiq olduğu barədə düşünməyə vadar edib.
Politico qeyd edir ki, Trampın çıxışları və tənqidi ritorikası alyans daxilində narahatlığı artırıb və sammitdən gözlənilən nəticələrlə bağlı nikbinliyi zəiflədib.
15:04 08.07.2026
Oxunuş sayı: 40