Azərbaycan nümayəndə heyəti yaxın zamanlarda İordaniyaya səfər edəcək
Azərbaycan iqtisadi nümayəndə heyəti yaxın zamanlarda İordaniyaya səfər edəcək.
Crossmedia.az xəbər verir ki, bunu xarici işlər naziri Ceyhun Bayramov İordaniya Baş nazirinin müavini, xarici işlər və xaricdə yaşayan iordaniyalılar naziri Əymən Əs-Səfadi ilə Bakıda keçirilən brifinqdə deyib.
Onun sözlərinə görə, iki ölkə arasındakı iqtisadi əməkdaşlıq, gələcək perspektiv barəsində geniş müzakirələr aparıblar:
"Hazırkı iqtisadi əməkdaşlığa baxdıqda böyük potensialın mövcud olduğunu demək olar, bu mənada, indiki vəziyyət bizi qane etmir. Hesab edirik ki, hər iki ölkədə mümkün investisiya layihələrinə nəzər salmalıyıq, bunun üçün imkanlarımız var".(Report)
13:16 08.07.2026
Oxunuş sayı: 54