Küveyt üzərində iki ballistik raket vurulub
Küveytin hava hücumundan müdafiə qüvvələri İranın həyata keçirdiyi hücum zamanı iki ballistik raketi və 13 pilotsuz uçuş aparatını məhv edib.
Crossmedia.az xəbər verir ki, bu barədə "Reuters" agentliyi məlumat yayıb.
Məlumata görə, raket və dronlar İranın hücumu zamanı Küveyt hava məkanına doğru istiqamətlənib. Hava hücumundan müdafiə sistemləri onların hamısını zərərsizləşdirə bilib.
Hadisə nəticəsində dağıntı və ya insan tələfatı barədə məlumat verilməyib. Rəsmi qurumlar insidentlə bağlı əlavə təfərrüat açıqlamayıb.
13:10 08.07.2026
Oxunuş sayı: 52