Zelenski NATO sammitində: "Patriot" raketləri çatışmır
Ukrayna Prezidenti Volodimir Zelenski NATO sammiti çərçivəsində ABŞ Konqresinin iki palatasını və hər iki siyasi partiyanı təmsil edən nümayəndə heyəti ilə görüşüb.
Crossmedia.az xəbər verir ki, bu barədə Zelenski özünün "Telegram" kanalında məlumat yayıb.
Onun sözlərinə görə, görüşdə senatorlar Cinn Şahin, Lindsi Qrem, Riçard Dörbin, Kristofer Kuns, Mayk Rauns və Nümayəndələr Palatasının üzvü Mayk Törner iştirak ediblər.
"Ukraynaya göstərilən dəstəyə və diqqətə görə minnətdaram. Diplomatiyanın perspektivlərini və onun uğur qazanması üçün zəruri olan addımları ətraflı müzakirə etdik", – deyə Zelenski bildirib.
Ukrayna Prezidenti qeyd edib ki, görüş zamanı ABŞ nümayəndələrini "Patriot" hava hücumundan müdafiə sistemləri üçün raket çatışmazlığı barədə məlumatlandırıb. O, həmçinin Rusiyanın hücumları və Rusiyaya qarşı yeni sanksiyalar nəzərdə tutan qanun layihəsini də müzakirə etdiklərini bildirib.
Qeyd edək ki, iyulun 7-8-də Türkiyənin paytaxtı Ankarada NATO-nun növbəti sammiti keçirilir. Sammit çərçivəsində alyansın Avropa üzvləri ABŞ ilə əməkdaşlığın gücləndirilməsi məsələlərini müzakirə edir. Zelenski isə görüşlərdə Ukraynaya əlavə hərbi və siyasi dəstəyin göstərilməsinə çalışır.
14:54 08.07.2026
Oxunuş sayı: 43