İran səfiri: İsrail qüvvələrinin Azərbaycanda yerləşdirilməsi təsdiqlənməyib
İranın Ermənistandakı səfiri Xəlil Şirqolami İsrailin İrana qarşı müharibə zamanı Azərbaycanda elit hərbi bölmələr yerləşdirməsi barədə yayılan məlumatlara münasibət bildirib.
Crossmedia.az xəbər verir ki, diplomatın sözlərinə görə, İranda bu məsələ ilə bağlı müxtəlif qeyri-rəsmi müzakirələr aparılsa da, hərbi və təhlükəsizlik sahəsi üzrə mütəxəssislər həmin iddiaları təsdiqləmirlər.
Şirqolami əlavə edib ki, əgər hər hansı ölkənin ərazisi İrana qarşı zərbələr üçün istifadə olunsaydı, bunun nəticələrinin necə olacağı aydındır.
Diplomat, həmçinin Naxçıvan hava limanında baş verdiyini iddia etdiyi "şübhəli insident"ə və bunun ardınca Azərbaycan Prezidenti İlham Əliyevin verdiyi sərt bəyanata da toxunub.
Onun sözlərinə görə, İran bu açıqlamaya təmkinli və ölçülü reaksiya verib, məsələ diplomatik kanallar vasitəsilə həll olunub.
13:44 08.07.2026
Oxunuş sayı: 46