Britaniyalı ekspert: NATO-nun müdafiə xərcləri Rusiyanı narahat edəcək
NATO və Böyük Britaniya Müdafiə Nazirliyinin sabiq rəsmisi Nikolas Uilyams alyansın müdafiə büdcəsinin artırılmasının Rusiyanın hərbi planlarına təsir göstərəcəyini bildirib.
Crossmedia.az xəbər verir ki, Uilyams NATO-nun Baş katibi Mark Rüttenin müdafiə xərclərinin artırılması ilə bağlı açıqlamalarını "ruhlandırıcı" adlandırıb.
Onun sözlərinə görə, NATO ölkələrinin müdafiəyə ayırdığı vəsaitlər alyans tarixində ən böyük investisiyalardan biridir.
"Biz müdafiə sahəsindəki zəif cəhətlərimizi aradan qaldırmağa çalışırıq. Düşünürəm ki, orta müddətli perspektivdə formalaşacaq hərbi potensial Rusiyanı ciddi şəkildə narahat edəcək", – deyə Uilyams bildirib.
15:49 07.07.2026
Oxunuş sayı: 66