ÜST: Müharibə ukraynalıların sağlamlığını ciddi şəkildə pisləşdirib
Rusiyanın Ukraynaya qarşı davam edən müharibəsi ölkə əhalisinin sağlamlığına ciddi mənfi təsir göstərməkdə davam edir.
Crossmedia.az xəbər verir ki, bu barədə Ümumdünya Səhiyyə Təşkilatının (ÜST) Ukrayna nümayəndəliyi məlumat yayıb.
Bildirilib ki, xroniki stress, yuxusuzluq və daimi narahatlıq orqanizmin vaxtından əvvəl qocalmasına səbəb olur və uzunmüddətli sağlamlıq problemlərini artırır.
ÜST-nin məlumatına görə:
Ukraynalıların təxminən 70 faizi sağlamlıqlarının genişmiqyaslı müharibədən əvvəlki dövrlə müqayisədə pisləşdiyini bildirib;
Respondentlərin 72 faizi yuxu problemlərindən, 59 faizi baş ağrılarından, 54 faizi isə narahatlıq, depressiya və ya posttravmatik stress pozuntusu (PTSP) əlamətlərindən əziyyət çəkdiyini qeyd edib;
İnsult səbəbindən xəstəxanaya yerləşdirilmə halları 11 faiz, infarkt halları isə 7 faiz artıb;
Stresslə əlaqəli nevroloji pozuntuların sayı 2022-ci illə müqayisədə üç dəfədən çox yüksəlib;
Təkcə ötən il 460 mindən çox ukraynalı psixi sağlamlıqla bağlı tibbi yardıma müraciət edib.
ÜST eyni zamanda Ukraynada qızılca xəstəliyinin yayılması riskinə hazırlaşdığını bildirib. Təşkilat difteriya, poliomielit və quduzluq xəstəliklərinin yayılması ehtimalı ilə bağlı da xəbərdarlıq edib.
15:23 07.07.2026
Oxunuş sayı: 58