NATO Zirvəsində ilk: Ankarada tarixi qərar
Türkiyənin paytaxtı Ankarada keçirilən NATO-nun 36-cı Dövlət və Hökumət Başçıları Zirvəsi Müdafiə Sənayesi Forumu ilə başlayıb.
Crossmedia.az xəbər verir ki, forumun əsas mövzuları transatlantik müdafiə sənayesi istehsalının artırılması, bu sahəyə yatırımların genişləndirilməsi və müttəfiq ölkələr arasında sənaye əməkdaşlığının gücləndirilməsi olacaq.
Müdafiə Sənayesi Forumu ilk dəfə NATO zirvəsinin rəsmi proqramına daxil edilərək Türkiyədə keçirilir.
Forum çərçivəsində müdafiə sənayesində yeni əməkdaşlıq imkanları, birgə istehsal layihələri və alyans ölkələrinin müdafiə potensialının artırılması məsələlərinin müzakirə olunacağı gözlənilir.
11:41 07.07.2026
Oxunuş sayı: 73